Bakıda vəzifəli şəxs vəfat etdi FOTO

16.03.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü Surəddin Hümbətov vəfat edib.

Metbuat.az xəbər verir ki, o, bu gün 68 yaşında dünyasını dəyişib.

S.Hümbətov uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Mərhum sabah Bakıda dəfn olunacaq. Yas mərasimi martın 18-də Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, mərhum Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Uzun illər Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdiri vəzifəsində çalışıb. 2017-ci ildə Azərbaycan diasporu quruculuğu sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью