Bakıda vulkan püskürən əraziyə HELİKOPTER cəlb olundu ANBAAN VİDEO

11.10.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib.
 

MÖVZU İLƏ BAĞLI : 
Qaradağda palçıq vulkanı püskürdü - FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
 

"Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.


Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür", məlumatda deyilir.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью