Bakıda vulkan püskürməsi ilə bağlı SON MƏLUMAT FOTOLAR

11.10.2025

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ palçıq vulkanında baş verən püskürmənin aktivliyi dayanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, vulkan püskürməsi 11 oktyabr tarixində saat 08:27-də baş verib. Hadisə güclü alovlanma ilə müşayiət olunub. İlkin hesablamalara görə, yer səthinə çıxan brekçiyanın yayıldığı ərazi təxminən dörd hektar, orta qalınlığı 1.5 metr, həcmi isə təxminən 60 min kubmetr təşkil edir. pizza

Püskürmə sahəsi boyunca konsentrik çatlar müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları ərazidə birgə monitorinqləri davam etdirirlər.

Xatırladaq ki, aktiv palçıq vulkanlarından hesab edilən Otman Bozdağ palçıq vulkanında son püskürmə 2018-ci il 23 sentyabr tarixində qeydə alınıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью