Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fevralın 27-də Bakıdakı "Fairmont Baku" otelində "Vyana Xeyriyyə Balı" təşkil ediləcək.
Kulis.az xəbər verir ki, tədbir Vyana meriyası və Avstriyanın Azərbaycandakı səfirliyinin rəsmi dəstəyi ilə keçiriləcək.
Tədbirin proqramına mini-orkestrin, opera müğənnisinin çıxışı, kvadril ustad dərsi ilə rəqs hissəsi, həmçinin xeyriyyə hərracı daxildir.
Xeyriyyə hərracında toplanan vəsaitin 50%-i Heydər Əliyev Fonduna, qalan 50%-i isə Vyana meriyası tərəfindən sosial layihələrə ayrılacaq.
Sezen Aksu 5 İllik fasilədən sonra geri dönür Pərvanə İsayeva vəfat etdi Azərbaycan filmi Avropa film festivalında