Bakıda Xalq artistinin oğlunu döydülər KONKRET

31.01.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balıyev Bakıda bir qrup şəxsin hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya A.Balıyev özü məlumat verib.

O bildirib ki, hadisə dünən axşam saatlarında Binəqədi rayonu 8-ci mikrorayon Əcəmi Naxçıvani küçəsində baş verib:

“Axşam vaxtı tanımadığım nömrədən mənə zəng gəldi. Anama məxsus maşının nömrəsini deyərək, bu maşının bizə məxsus olub-olmadığını soruşdu. Mən həmin yerə getdim və “Toyota” markalı avtomobilin sürücüsü 2-3 gün əvvəl anama məxsus “BMW” markalı maşının onun avtomobilini sürtdüyünü dedi. Onlar 4 nəfər idi. Mən sürtünmə yerlərinə baxıb bildirdim ki, həmin hissələr bir birinə uyğun gəlmir, çünki “Toyota”dakı cızıq xeyli yuxarıda idi, həm də anamın avtomobili 4 gündür heç sürülmürdü. Onlar isə təkidlə və kobud formada hadisənin bizim tərəfimizdən törədildiyini deyirdilər”.

Artur Balıyev bildirib ki, digər avtomobildəki yüngül zədənin onlara məxsus avtomobil tərəfindən törədilməməsini sübut edəndən sonra qarşı tərəf aqressivləşib və ona hücum ediblər: “Onlar söyüşlə danışmağa başladılar və mənə hücum edib zərbələr endirdilər. Başımda, üzümdə, bədənimdə çoxlu xəsarətlər var, xəstəxanaya yerləşdirilmişəm. Həm də hadisə barədə polisə məlumat vermişəm. Ərazi üzrə Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsində araşdırma aparılır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью