Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə vətəndaşlardan biri sosial şəbəkə hesabında paylaşım edib.
Kadrlardan göründüyü kimi, yolun asfalt örtüyü deşilib və ərazidə dərin çuxur əmələ gəlib. Nəticədə həmin küçədən keçən sürücülər çuxura düşərək avtomobillərinə maddi ziyan vururlar. Xüsusilə gecə saatlarında çuxurun görünməməsi səbəbindən bu cür hallar daha sıx müşahidə olunur.
Sürücülərin dəfələrlə eyni çuxura düşdüyünü görən xanım vətəndaş təhlükənin qarşısını müvəqqəti də olsa almaq məqsədilə çuxurun içərisinə ağac budaqları yerləşdirib. Bununla o, sürücülərin diqqətini təhlükəli vəziyyətə yönəltməyə çalışıb. Budaqları görən sürücülər isə çuxura yaxınlaşarkən ehtiyatlı davranaraq ərazidən keçirlər.
Yolda yaranan bu vəziyyət sürücülərin təhlükəsiz hərəkətinə mane olmaqla yanaşı, avtomobillərin zədələnməsi riskini də artırır.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/228129.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar