Bakıda Xaricdə Təhsil Sərgisi 2025 keçiriləcək GİRİŞ PULSUZDUR

11.11.2025

Icma.az, Marja.az portalına istinadən məlumat yayır.

15 noyabr 2025-ci il tarixində Hilton Baku Hotel-də növbəti “CELT Xaricdə Təhsil Sərgisi” keçiriləcək. Sərgi 12:00–17:00 arası açıq olacaq və giriş bütün ziyarətçilər üçün pulsuzdur.

Bu tədbir Azərbaycan gəncləri üçün dünyanın müxtəlif ölkələrində təhsil almaq imkanı yaradır. Sərgidə Böyük Britaniya, Almaniya, Macarıstan, Türkiyə, BƏƏ  və digər ölkələrin nüfuzlu universitetləri iştirak edəcək. Qonaqlar universitet nümayəndələri ilə birbaşa görüşə, təqaüd, qəbul şərtləri və viza prosesləri barədə ətraflı məlumat almaq imkanı qazanacaqlar.

CELT Study Fairs tərəfindən təşkil olunan bu sərgi artıq illərdir ki, minlərlə tələbənin xaricdə təhsil arzusunu reallaşdırmağa kömək edir. Bu dəfəki sərgidə də çoxsaylı universitetlər yeni proqramlarını, magistr və bakalavr səviyyəsində təqaüd təkliflərini təqdim edəcək.
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat linki: www.bit.ly/bakufair

Tədbirin yeri: Hilton Baku
Tarix: 15 noyabr 2025
Saat: 12:00 – 17:00
Giriş: Pulsuzdur
Təşkilatçı: CELT Study Fairs

Daha ətraflı məlumat üçün:
+99455 503 59 39

Instagram: celt.study.fairs

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью