Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda xəstələrin müalicə müəssisəsindən qaçması ilə bağlı iddialara aydınlıq gətirilib.
DİN-in Mətbuat Xidmətindən "Yeni Sabah"a bildirilib ki, məlumatlar yalandır.
"Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır" - deyə, nazirlikdən qeyd edilib.