Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ

22.10.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bakıdakı Mərkəzi Klinik Xəstəxanada ağır xəstəyə meyitdən ürək transplantasiyası həyata keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, əməliyyata tanınmış kardioloq-cərrah, professor Kamran Musayev rəhbərlik edib.
Artıq xəstənin evə yola salındığı bildirilir.
Kamran Musayev donorun ailəsinə - verdikləri humanist qərarla orqan çatışmazlığından əziyyət çəkən bir neçə insana yaşamaq ümidi bəxş etdiklərinə görə təşəkkür edib.
Bu o deməkdir ki, metitin digər orqanları da orqan çatışmazlığından əziyyət çəkən xəstələrə transplantasiya edilib.
Xatırladaq ki, ötən il Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə Mərkəzi Klinik Xəstəxanada ürək transplantasiyası həyata keçirilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью