Bakıda Xəzər sahilində daha bir premium yaşayış komplesksi tikiləcək

20.08.2026

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

Bakıda Xəzər sahilində tikiləcək “Bayıl Bulvarı” premium yaşayış layihəsində mənzillərin ilkin satışına sentyabrın 1-dən başlanılacaq. Layihəni "Alians Development" şirkəti tərəfindən həyta keçirilir.

Marja.az xəbər verir ki, layihənin sosial şəbəkə hesabında yayılan məlumata görə, ilkin mərhələdə məhdud sayda mənzil satışa təqdim ediləcək. Yaşayış kompleksində 1, 2, 3 və 4 otaqlı mənzillər nəzərdə tutulub. Mənzillərin geniş planlaşdırılması və Xəzər dənizinə açılan terraslarla təklif ediləcəyi bildirilir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

“Bayıl Bulvarı” müasir memarlıq, premium yaşayış konsepsiyası və dəniz mənzərəsini bir ünvanda birləşdirən layihə kimi təqdim olunur. Kompleksin sakinləri üçün Xəzər dənizinə birbaşa çıxış, eksklüziv çimərlik, üzgüçülük hovuzları, müasir fitness zalı və konsyerj xidmətinin yaradılması planlaşdırılır.

Layihənin üstünlükləri sırasında şəhər mərkəzinə yaxınlıq, əsas magistrallara və dəniz nəqliyyatı marşrutlarına sürətli bağlantı, yaşıllıq, parklar və sahil bulvarı ilə əhatə olunan yaşayış mühiti göstərilir.

Şirkətin məlumatına əsasən, layihədən şəhər mərkəzinə və Azneft meydanına avtomobillə təxminən 8 dəqiqəyə, Dənizkənarı Milli Parka 14 dəqiqəyə, İçərişəhərə və Ağ Şəhərə 17 dəqiqəyə, Alov Qüllələrinə isə 20 dəqiqəyə çatmaq mümkündür.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью