Bakıda yağıntılı hava nə qədər davam edəcək?

14.12.2024

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

14 dekabr saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 15-i saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə 8-13 m/s, bəzi yerlərdə isə 15-20 m/s-dək zəifləyib.

Qərb rayonlarından başlayarq yağıntılar tədricən kəsilib. Bakıda və Abşeron yarımadasında isə yağıntılar dekabrın 14-ü axşamadək fasilələrlə davam edəcək. Dekabrın 15-16-da ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью