Bakıda yağıntılı hava şəraiti davam edir FAKTİKİ HAVA

09.12.2024

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 9-u saat 08:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info -ya verilən məlumata görə dekabrın 9-u saat 08:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81%-ni təşkil edir.

“Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 09-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью