Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə hazırda Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunur.
Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, yağıntılı hava şəraitinin dekabrın 4-ü səhərədək davam edəcəyi və yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir.