Bakıda yağıntılı hava şəraiti dekabrın 4ü səhərədək davam edəcək XƏBƏRDARLIQ

02.12.2024

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Hazırda Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, yağıntılı hava şəraitinin dekabrın 4-ü səhərədək davam edəcəyi və yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью