Bakıda yağıntının miqdarı normadan 5 dəfə çox olub Muxtar Babayev

06.05.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə selsi təşkil edib.

Modern.az xəbər verir ki, bunu 5-ci Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.

“2025-ci ildə ölkə üzrə orta temperatur 14,3 dərəcəyə çatıb. Bu isə əvvəlki dövrlərlə müqayisədə 1,6 dərəcə yüksəkdir. Ölkə üzrə ən yüksək orta temperatur 2021-ci ildə 16,2 dərəcə qeydə alınıb”, - deyə o vurğulayıb.

Muxtar Babayev bildirib ki, ölkə üzrə istilik dalğaları da tez-tez baş verir və daha uzun davam edir: “Son illərdə Bakıda 29, Gəncədə 16, Şəkidə 41, Lənkəranda isə 5 istilik dalğası qeydə alınıb. Ötən il ən uzun istilik dalğası 14 gün olmaqla Şəkidə, Bakıda isə 7 gün davam edib. Sel hadislərinin sayı da artır. 2015-ci ildə ölkədə 15, 2020-ci ildə 36, 2025-ci ildə 33 sel hadisəsi baş verib. 2026-cı ilin ilk aylarında da bu tendensiya davam edib. Bəzi bölgələrdə yağıntının illik normasının yarısı cəmi bir neçə ayda qeydə alınıb. Aprel ayında isə bəzi rayonlarda yağıntının miqdarı normadan 1,5-3,5 dəfə, paytaxtda isə 5 dəfə çox olub”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью