Bakıda yağış intensivləşəcək Xəbərdarlıq

18.11.2024

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

Bakıda və Abşeron yarımadasında noyabrın 19-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hdiromteorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Noyabrın 19-u gündüz bəzi dağlıq rayonlarda, 19-u axşamdan 20-si səhərədək isə bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi-Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью