Bakıda yağış yağacaq

10.08.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 11-12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O, həmçinin diqqətə çatdırıb ki, qeyd edilən müddətdə Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 28-33 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti bölgələrdə gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Bildirilib ki, Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna edilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью