Bakıda yağış yağıb FAKTİKİ HAVA

07.12.2024

Icma.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, dekabrın 7-si saat 10:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb.

Düşən yağıntının miqdarı 3 mm-dək olub.

Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün, axşam saatlarından ayın 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью