Bakıda yanacaqdaşıyan avtomobil aşdı Fotolar Yeni Sabah

12.11.2024

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən yanacaqdaşıyan avtomobilinin sürücüsü nəqliyyat vasitəsini aşırıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə Hissəsinin qüvvələri və polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью