Bakıda yanacaqdaşıyan avtomobil aşıb

12.11.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən yanacaqdaşıyan avtomobilinin sürücüsü nəqliyyat vasitəsini aşırıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə Hissəsinin qüvvələri və polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью