Bakıda yanacaqdoldurma avtomobili aşıb

12.11.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən yanacaqdoldurma avtomobilinin sürücüsü nəqliyyat vasitəsini aşırıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə Hissəsinin qüvvələri və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью