Bakıda yanan avtomobil yolda qaldı: Sürücü maşını kənara çəkməkdən imtina etdi

25.11.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Ramana qəsəbəsində avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsi yolun hərəkət hissəsində qalıb.

Ərazidən keçən sürücülər hadisəni mobil telefonla lentə alaraq görüntüləri sosial şəbəkələrdə paylaşıblar. Onlar digər sürücüləri həmin ərazidə hərəkət edərkən diqqətli və ehtiyatlı olmağa çağırıblar.

Avtomobilin sahibi olduğunu iddia edən şəxs isə bildirib ki, nəqliyyat vasitəsinin yoldan götürülməməsinə səbəb sığorta ödənişi məsələsidir.

Həmin şəxs avtomobilin yolun bərbad vəziyyətdə olması səbəbindən yandığını iddia edib və sığortanın dəymiş ziyanı qarşılamadığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью