Bakıda yanan evdə ölən şəxsin kimliyi bilindi

23.10.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda evdə yanğında ölən şəxsin kimliyi məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə oktyabrın 21-də gecə saat 22:35-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, 128, mənzil 91-də baş verib. Evdə qəfil yanğın başlayıb. Hadisə nəticəsində evdə tənha yaşayan 1963-cü il təvəllüdlü Vadim Vladimiroviç Stupnikov tüstüdən boğularaq ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью