Bakıda yanan şəxs xəstəxanada ÖLDÜ

17.06.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb.

Avtosfer.az xəbər verir ki, iyunun 15-i saat 12 radələrində ruhi xəstə olan 1985-ci il təvəllüdlü Sabunçu qəsəbə sakini F. Mustafayev yaşadığı evin həyətində yanıq xəsarətləri alıb.

Üzərinə kerosin tökülməsi nəticəsində ağır dərəcəli xəsarətlər alan şəxs iyunun 16-sı saat 14 radələrində yerləşdirildiyi xəstəxanada vəfat edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью