Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Bakının Xətai rayonu, Gəncə prospektində yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, ilkin məlumata görə, yanğın bölgədə yerləşən transformatorda qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media