Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Albalılıq qəsəbəsində yanğın hadisəsi baş verib. Yanğın sözügedən ərazidə neft tullantıları alışması nəticəsində qeydə alınıb.
Bakupost.az xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Ərazidən keçən yüksək gərginlikli elektrik xəttləri yanğından mühafizə olunub.