Bakıda yanğın oldu

06.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

FHN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar xəttinə Bakı şəhər Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində köməkçi tikilidə baş vermiş yanğın dərhal söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью