Bakıda yanğın oldu

06.12.2024

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

FHN-in Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar xəttinə Bakı şəhər Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində köməkçi tikilidə baş vermiş yanğın dərhal söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью