Bakıda yanğın olub, xəsarət alan var Xəbər saytı Son xəbərlər və Hadisələr

08.11.2024

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.

Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью