Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda açıq ərazidə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a bildirilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Zeynəb Rzayeva
***
12:46
Bakıda yanğın başlayıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, yanğın paytaxtın Nərimanov rayonu ərazisində, "Deluxe" (keçmiş "Kolizey") şadlıq sarayının yaxınlığındakı açıq sahədə baş verib.
Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Hadisənin səbəbi və əlavə təfərrüatlar hələlik məlum deyil.
Zeynəb Rzayeva