Bakıda yanıq xəsarətləri alan kişi öldü

27.12.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

Bakıda yanıq xəsarətləri alan kişi ölüb.

Lent.az xəbər verir ki, hadisə dekabrın 19-da Sabunçu rayonu ərazisində qeydə alınıb.

63 yaşlı Əliquluyev Əli Şirin oğlu elektrik qısaqapanması nəticəsində yanıq xəsarətləri alaraq, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindəki xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, o, dekabrın 27-də dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью