Bakıda yardım etdikləri qadını talayan şəxslər saxlanıldı

02.01.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Bakının Xətai rayonu ərazisində 75 yaşlı qadın soyğunçuluq hadisəsi ilə üzləşib.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, qadın mağazadan alış-veriş edib evə gedərkən qarşılaşdığı iki naməlum şəxsin ona əl yükünü daşımaq üçün kömək etmək istədiyini, daha sonra isə həmin şəxslərin zərərçəkənə məxsus içərisində 195 manat və kartlar olan pulqabını taladığını bildirib.

Xətai rayon polis idarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Kazımov və N.Həmidli müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью