Bakıda yarımtikilidə narkotik aludəçiləri saxlanıldılar İkisi qadındır

04.08.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat verib.

Vurğulanıb ki, tədbirlərlə həmin şəxslər müəyyən olunublar.

Əvvəllər də məhkum olunan - Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью