Bakıda yaşayış binasında ilan peyda olub Sakinlər təşvişdə

02.07.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda yaşayış binasının ərazisində ilan peyda olub.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə paytaxtın Xətai rayonunda yerləşən Gəncə prospekti 59 ünvanında qeydə alınıb.

Görüntülərdən məlum olur ki, ilan yaşayış binasının blokuna daxil olaraq pilləkənlə hərəkət edib.

Sakinlər bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara, o cümlədən Mənzil İstismar İdarəsinə və Xətai Rayon İcra Hakimiyyətinə müraciət ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью