Bakıda yaşayış binasında YANĞIN

04.12.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 6-cı mərtəbəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, 3 ədəd qoruyucu açar və 3 paq.m elektrik kabeli yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью