Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Bakı şəhərinin Xətai rayonunda yanğın olub.
Modern.az FHN-ə istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 6-cı mərtəbəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, 3 ədəd qoruyucu açar və 3 paq.m elektrik kabeli yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.