Bakıda yaşayış binasında yanğın FOTO

30.09.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yeddimərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью