Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

04.10.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin bir otağının plastikdən ibarət pəncərəsi, 1 ədəd kondisioner və 1 ədəd dolab qismən yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью