Bakıda yaşayış binasında yanğın: Xəsarət alanlar var

21.10.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Bakıda yaşayış binasında yanğın hadisəsi olub.

Moderator.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində baş verib. Təhlükəsizlik məqsədilə sakinlər təxliyə ediliblər. Yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Alovun qarşısı alınıb.

Təcili tibbi yardım briqadasının əməkdaşları tüstüdən zəhərlənən bir nəfərə yerində yardım göstərib, bir qadın isə xəstəxanaya hosputalizasiya olunub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью