Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yasamal rayonu, 593-cü məhəllə, Həsənbəy Zərdabi küçəsi, 72 ünvanında yerləşən "Elit" və "3 Tac" yaşayış komplekslərinin həyətində təhlükəli vəziyyət yaranıb.
Sakinlərin Oxu.Az-a verdikləri məlumata görə, binanın altında idman zalının yaradılması zamanı həyətdə görülən işlərdən dolayı yeri dəyişdirilən avadanlığı güclü külək aşırıb.
"Binanın altında idman zalı yaradıldığı üçün öz hesabımıza alıb həyətdə quraşdırdığımız masa və stullar, uşaq əyləncə zonası (sürüşkən və yelləncək) avadanlıqları kənara qoyulmuşdu.
Onların bir hissəsi həmin vaxt zərər görmüşdü. Zərər görməyənlər isə bərkidilmədiyi üçün davam edən güclü külək nəticəsində bu gün yararsız
Sözügedən yaşayış komplekslərinin komendantlığından Oxu.Az-a bildirilib ki, hazırda işlər davam etdiyi üçün sözügedən avadanlıqlar bərkidilm
Meydançanın altında obyektlər olduğu üçün hazırda avadanlıqları yeri deşərək bərkitmək olmur.
Mozaika işləri yekunlaşdıqdan sonra zərər görməyən avadanlıqlar bərkidiləcək, sınıb-dağılanlar isə daha yaxşıları ilə əvəz ediləcək.