Bakıda yataqxanada yanğın baş verib

27.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 16 m² olan 1 otaqlı mənzildə 1 ədəd soyuducu və ev əşyaları 5 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью