Bakıda yataqxanada yanğın söndürülüb YENİLƏNİB

25.12.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***

13.13

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью