Bakıda Yaxın Şərqin türkman irsinə həsr olunan forum keçirilir

25.06.2026

Icma.az bildirir, Sia Az portalına istinadən.

Bakıda "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçirilir.

SİA xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan forumda İraq, Suriya, Livan və Türkiyədən 30-a yaxın yaxın vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.

Forumun rəsmi açılış mərasimindən sonra "Nə yaxınmış uzaqlar!" adlı paneldə türkman irsinin qorunması, ortaq mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью