Bakıda yazırlar ki, erməni tankları hücuma keçəcək... Paşinyan

15.01.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ermənistanda olan bənzər söhbətlər Azərbaycanda da gedir. Orda bəziləri yazır ki, Bakının göndərdiyi yanacaq Ermənistanda tanklara və digər hərbi texnikalara doldurulacaq, sonra isə Azərbaycana hücumda istifadə ediləcək. Bu, mövcud reallıqlarla uyğun gəlməyən söhbətlərdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri  Nikol Paşinyan hökumətin iclasında deyib.

O, benzin idxalı səbəbindən Ermənistandan Azərbaycana pul göndərilməsi və Bakının bu puldan silah almaq, hücum etmək üçün istifadə edəcəyi iddialarına cavab verib:

“Bütün bu fikirlər əsassızdır. Gəlin daha aktiv işlə məşğul olaq.

Əslində, yeni dövr açılır. Biz Ermənistan və onun vətəndaşlarının inkişafı, xoşbəxtliyi və rifahı naminə bu tarixi fürsətdən maksimum istifadə etmək üçün daha məqsədyönlü işləməliyik”.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью