Bakıda yeni avtobus zolağı təşkil edildi

24.09.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq Şıxəli Qurbanov küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib.

Yeni zolaq Füzuli və Zivərbəy Əhmədbəyov küçələrindəki mövcud avtobus zolaqları ilə əlaqələndirilib.

Layihənin əsas məqsədi xüsusilə ekspres avtobusların hərəkət intervalını azaltmaq, sərnişinlərin rahat və maneəsiz daşınmasını təmin etməklə sərnişindaşımanın səmərəliliyini artırmaqdır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью