Bakıda yeni D 8 mərkəzləri açmaq niyyətindəyik Yalçın Rəfiyev | Icma.az
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən il Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilib.
Ölkəmiz qısa müddətdə D-8 təşkilatı çərçivəsində önəmli addımlar atıb, əməkdaşlıq sahələrini müəyyənləşdirib və islahatlarda iştirak etməyə çalışıb.
Biz Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik. Bunlar iqlim, nəqliyyat və media mərkəzləridir.
Azərbaycanın D-8 çərçivəsində təşəbbüsləri məramını və həmrəyliyini ifadə edir.
525.az xəbər verir ki, bunu D-8 Gənclər Dialoqunda çıxış edən xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.
O, fikirlərinə belə davam edib: "Bugünkü dialoq gənclərin inkişafı və dayanıqlı şəhərlərin formalaşması mövzularına həsr olunub.
Dünya texnologiya və iqlim sahələrində inkişaf edir. Biz bu prosesdə tam iştirak etməliyik. Burada gənclərin liderliyi də önəmlidir.
Tam oxu
Xəbəri oxu