Bakıda Yeni İlin ilk dəqiqələrində yanğın VİDEO

01.01.2026

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

Globalinfo.az-ın məlumatına görə, hadisə Nizami rayonu, Kamil Balakişeyv küçəsi 126 ünvanında qeydə alınıb. Yanğın çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları, həmçinin Polis əməkdaşları cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yayılmasının qarşısı alınıb.

Sakinlərin Globalinfo.az-a verdiyi məlumata görə, yanğına Yeni ilin qarşılanması zamanı eyvanlardan atılan fişəng səbəb olub. Hadisə nəticəsində yanğının baş verdiyi mənzildə ziyan qeydə alınıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью