Icma.az bildirir, Bizim media portalına istinadən.
Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub.
Bu barədə Bizim.Media-ya AAYDA-dan məlumat verilib.
Bildirilib ki, bərpa işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq icra olunub.
Məlumata görə, bir aşırımlı körpü yolun 2.2-ci km-də sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğunun yerində tikilib. Görülən işlər nəticəsində yol hərəkətinin təhlükəsizliyi təmin olunub və nəqliyyat əlaqəsi tam bərpa edilib.
Bizim.Media