Bakıda yeni marşrut xətti işə düşüb

22.02.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Bakıda yeni marşrut xətti işə düşüb.

Bu barədə "Ölkə.az"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib.

Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir. Gedişhaqqı 0,55 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью