GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə 15 dekabr tarixindən 4 sayda müntəzəm avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.
Bu barədə Globalinfo.az Rəqəmsal İnki.af və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata deyilir ki, dəyişikliyə əsasən, 35 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun mərkəzinə, 44 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun Elxan Həsənov küçəsinə, 88A nömrəli avtobusların hərəkəti “Bakı Ağ Şəhər”in Mərkəzi Bulvar küçəsinə, 120E nömrəli avtobusların hərəkəti isə Afiyəddin Cəlilov küçəsindən keçməklə təşkil edilib.
Eyni zamanda, sərnişin tələbatına uyğun olaraq yeni marşrutların yaradılması istiqamətində də təhlillər aparılıb.
Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 20 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.
Yeni marşrut xətti Qaraçuxur və Yeni Günəşli qəsəbələri, Mərkəzi Bank və Azərbaycan Tibb Universitetini əlaqələndirəcək.
Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqi davam etdirilir.